İnsanlara hürriyət, millətlərə istiqlal!

"Küçə müğənnisi! Sən kimsən ki, Azərbaycana şərt qoyursan?!" - Tolik OD PÜSKÜRDÜ

Aparıcı-prodüser Tarix Əliyev türkiyəli müğənni Rza Tamerin lirə Azərbaycanda keçmədiyi üçün Bakı konsertini ləğv etməsinə sərt reaksiya verib.

Musavat.com bildirir ki, o, bu barədə instagram səhfəsində video paylaşıb.

"Türkiyədə küçə müğənnisi kimi tanınan Rza Tamerin Azərbaycana qoyduğu şərtə bax ki, "Türkiyə lirəsi hansı ölkədə keçərli deyilsə, orada konsert verməyəcəm".

Bəzi restoran sahiblərinə səslənirəm ki, hər küçədən keçəni Azərbaycana bəh-bəhlə gətirib, başımıza otuzduracaqsınızsa, bizim daxili işlərimizə burnunu soxacaqsa, biz də sizlər haqqında boykot edəcəyik. Statusundan asılı olmayaraq, heç kəs ölkəmizin daxili siyasətinə qarışa bilməz. Sən küçə müğənnisinin küçə söhbətinə bax. Sən kimsən ki, səni hələ burda adam yerinə qoyub dəvət edirlər, sən də şərt qoyursan ki, Türkiyə kirəsi burada keçərli olsun?!"

Xatırladaq ki, Türkiyədə küçə ifaçısı kimi məşhurlaşan müğənni Rza Tamer bu gün Bakıda baş tutmalı olan konsertini gözlənilmədən ləğv etdiyini açıqlayıb. Müğənni konsertin baş tutmama səbəbi kimi Türkiyə lirəsinin Azərbaycanda keçərli olmamasını bildirib.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Avqust 2025

02 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR