Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Zaporojye Atom Elektrik Stansiyasında (AES) yerləşən müşahidəçiləri obyektin yaxınlığında baş verən partlayışlar və tüstülənmə ilə bağlı narahatlıq doğuran məlumatlar paylaşıblar.
Musavat.com xəbər verir ki, bildirilib ki, partlayışlar stansiyanın mühafizə olunan ərazisindən təxminən 1200 metr kənarda yerləşən yardımçı obyektlərdə baş verib.
MAQATE-nin açıqlamasında hücumun kim tərəfindən həyata keçirildiyi barədə konkret informasiya verilməyib.
Rusiya Silahlı Qüvvələrinin nəzarətində olan stansiyanın təhlükəsizlik riski altında olması beynəlxalq ictimaiyyəti narahat edir. Mütəxəssislər bu cür hadisələrin regionda nüvə təhlükəsizliyinə ciddi təhdid yaratdığını bildirirlər.
Musavat.com
03 Avqust 2025
02 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ