Onlayn ictimai-siyasi qəzet
Bu gün Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın oğlu, Heydər Əliyevin doğum günüdür.
1997-ci ildə doğulan Heydər Əliyev babası – Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin adını daşıyır.
Heydər Əliyev təhsilini Heydər Əliyev adına Müasir Təhsil Kompleksində alıb, daha sonra ADA Universitetini bitirib. O, 2018–2019-cu illərdə hərbi xidmətdə olub.
2022-ci ilin noyabrında ailə həyatı qurduğu məlum olub. Bu barədə məlumatı anası Mehriban Əliyeva şəxsi Instagram səhifəsində bölüşüb.
Musavat.com olaraq Heydər Əliyevi doğum günü münasibətilə təbrik edirik.
Musavat.com
03 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ