Onlayn ictimai-siyasi qəzet
“FINCA Azerbaijan” MMC cərimələnib.
Musavat.com xəbər verir ki, buna səbəb MMC-nin Şəmkirdə fəaliyyət göstərən filialında yanğın təhlükəsizliyi qaydalarına əməl edilməməsi olub.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Şəmkir şəhəri, S.Vurğun küçəsində yerləşən “Finca Azerbaijan”ın ofis binasında yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yanğın-texniki müayinə aparılıb. Müayinə zamanı yanğın təhlükəsizliyi sahəsində aşkar olunmuş nöqsanlara görə yanğın-texniki müayinə aktı və protokol tərtib edilib.
Protokola əsasən, MMC 350 manat cərimə edilib.
Musavat.com
06 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ