Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Kamçatka diyarında 6.8 maqnitudalı afterşok qeydə alınıb.
Bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin yerli bölməsi "Telegram" kanalında məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların ocağı 25.9 km dərinlikdə olub, episentri isə öz növbəsində Petropavlovsk-Kamçatskdan 279 km aralıda yerləşib.
İlkin məlumata görə, Petropavlovsk-Kamçatskda yeraltı təkanların intensivliyi 4 bal olub.
Afterşokdan sonra Kamçatkanın üç rayonuna hündürlüyü 19 sm-ə qədər olan sunaminin yaxınlaşması mümkündür.
Xatırladaq ki, iyulun 30-da Kamçatka sahillərində 1952-ci ildən bəri ən güclü zəlzələ baş verib. Paralel olaraq, yarımadada Klyuçevskaya Sopka vulkanı püskürməyə başlayıb. Yeraltı təkanlar bölgədə hündürlüyü 4 m-ə çatan bir neçə sunami dalğası yaradıb. (Oxu.Az)
03 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ