Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, bu dəfə hədəfdə Qarabağdan könüllü şəkildə köçmüş ermənilərdir.
"BBC Azərbaycanca"nın yayımladığı video süjetdə görünür ki, Rusiya Ermənistanda yerləşən və öz istəyi ilə Qarabağdan çıxmış erməni qaçqınlara yardım göndərib.
İki ildən çox müddət ərzində susan və bu mövzuda heç bir addım atmayan Moskva indi "Rusiya səninlədir" devizi altında 140 ton yardım paketi ilə bu insanları yenidən gündəmə gətirib. Belə məlum olur ki, bu "yardım" avqust boyunca savam edəcək.
Musavat.com-a görə, Rusiyanın bu yardımı heç də humanitar məqsəd daşımır. Əksinə, Kreml Ermənistandakı bu şəxsləri təşkilatlandıraraq əvvəlcə Paşinyana, daha sonra isə Azərbaycana qarşı istifadə etməyə çalışır. Yardımların səviyyəsi isə alçaldıcı və primitivdir – sadəcə görüntü və riyakarlıqdan ibarətdir.
Halbuki hazırda Rusiyanın özündə minlərlə insan humanitar yardıma ehtiyac içindədir, Ukrayna müharibəsində həyatını itirənlərin ailələri isə dövlətin biganəliyi ilə üz-üzə qalıb.
Bu kontekstdə Rusiyanın "yardımı" daha çox geosiyasi manipulyasiya vasitəsidir və Qarabağ məsələsi üzərindən revanşist planlara xidmət edir.
Musavat.com
03 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ