Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın təzyiqlərinə baxmayaraq, Hindistanın Rusiya neftinin idxalını davam etdirəcək.
Musavat.com-un Reuters-ə istinadən məlumatına görə, Tramp bu yaxınlarda “Truth Social” platformasında Hindistanın Rusiya nefti və silahı almasına görə əlavə cərimələrlə üzləşəcəyini bəyan edib. O, hətta jurnalistlərə verdiyi açıqlamada Hindistanın artıq Rusiya nefti almayacağını iddia edib. Bundan əlavə, ABŞ Hindistandan idxal olunan məhsullara 25 faizlik yeni gömrük tarifi tətbiq etməyə hazırlaşır.
Lakin Hindistan hökumətinə yaxın iki mənbə bildirib ki, bu məsələdə dərhal hər hansı dəyişiklik gözlənilmir.
“Bunlar uzunmüddətli neft müqavilələridir,” – deyə mənbələrdən biri qeyd edib. Digər mənbə isə əlavə edib: “Neft alışını bir gündə dayandırmaq asan deyil.”
Mənbələr Hindistanın Rusiya neftini almağını iqtisadi baxımdan əsaslandıraraq bildiriblər ki, Hindistanın bu idxalı qlobal neft qiymətlərinin artmasının qarşısını alıb və qiymətlərin Qərbin Rusiya neft sektoruna tətbiq etdiyi sanksiyalara baxmayaraq nisbətən sabit qalmasına töhfə verib.
Musavat.com
03 Avqust 2025
02 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ