Onlayn ictimai-siyasi qəzet
HƏMAS təşkilatı İsrailə psixoloji təzyiq məqsədilə yeni bir təbliğat videosu yayımlayıb.
Musavat.com xəbər verir ki, kadrlarda israilli girov Ovyatar Davidin olduqca arıqladığı, qidalanma çatışmazlığı yaşadığı və ciddi fiziki-psixoloji vəziyyətdə olduğu görünür.
Videoda Davidin öz məzarını qazmağa məcbur edilməsi beynəlxalq ictimaiyyətdə geniş rezonansa səbəb olub. Bu görüntülər bir çox insan haqları təşkilatları və rəsmi qurumlar tərəfindən işgəncə və psixoloji zorakılıq nümunəsi kimi qiymətləndirilib.
Ekspertlərə görə, video həm İsrail cəmiyyətinə, həm də girovların ailələrinə yönəlmiş ağır psixoloji mesaj daşıyır və HƏMAS tərəfindən məqsədli şəkildə yayımlanıb. Beynəlxalq təşkilatlar HƏMAS-ı Cenevrə Konvensiyalarına və beynəlxalq humanitar hüquqa hörmət etməyə çağırıblar.
Musavat.com
03 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ