İnsanlara hürriyət, millətlərə istiqlal!

Elçin Əfəndiyevin dəfn yeri AÇIQLANDI

Xalq yazıçısı Elçin Əfəndiyev ilə vida mərasimi sabah - 4 avqust, saat 12:00-dan 14:00-a kimi Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında baş tutacaq.

Bu barədə Musavat.com-a Mədəniyyət Nazirliyindən xəbər verilib.

***

Xalq yazıçısı Elçin Əfəndiyev sabah I Fəxri xiyabanda dəfn ediləcək.

Musavat.com xəbər verir ki, bu barədə APA-ya onun köməkçisi məlumat verib.

Qeyd edək ki, görkəmli yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq yazıçısı (1998), “İstiqlal” ordenli (2003), dövlət və ictimai xadim Elçin İlyas oğlu Əfəndiyev bu gün ömrünün 82-ci ilində vəfat edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR