Onlayn ictimai-siyasi qəzet
Ermənistanın paytaxtı İrəvanın vitse meri Armen Pambuxçyan “məntiq” dərsi keçib. ABŞ pop ulduzu Cennifer Lopesin (Cey Lo) konsertinə 7 milyon dollar ayrılması ölkədə bəzilərini təəccübləndirsə də, vitse mer öz sosial media hesabında bu addımı iqtisadi elmlərin Nobel mükafatı səviyyəsində izah edib.
Musavat.com xəbər verir ki, o, bildirib ki, konsertə orta hesabla 15 000 əcnəbi gələcək. Hər biri təxminən 500 dollar xərcləyəcək: “Bura bilet, otel, yemək, əyləncə və əlbəttə ki, yerli patriotizmin alovlanması daxildir. Sadə riyaziyyatla desək: 15 000 × 500 = 7 500 000 dollar. Deməli, 7 milyon ayırmaq tamamilə əsaslandırılıb. Yəni üstə də gəlir var!”
Armen Pambuxçyan
Pambuxçyan daha da irəli gedərək, Ermənistanın dünya miqyasında “tanınmasından” danışıb: “İndi hələ ölkəmizin beynəlxalq nüfuzu məsələsini demirəm, bu isə ölçülməzdir.” Sanki Cey Lo konserti ilə Ermənistan nəinki tanınacaq, hətta Nobel Sülh Mükafatı ilə mükafatlandırılacaq.
Sonda isə vitse mer emosional mesajla çıxış edib: “Cey Lo, Ermənistana xoş gəlmisiniz. Biz əminik ki, ölkəmizdən gözəl təəssüratlarla ayrılacaqsınız.” Görünür, Ermənistan Cennifer Lopesə təkcə səhnəni deyil, dövlət büdcəsini də açmağa qərar verib.
Bütün bunlar fonunda sosial şəbəkələrdə suallar artır: ölkənin sosial problemləri, iqtisadi çətinlikləri, köç dalğası fonunda 7 milyon dollar pop ulduzun səhnəsi üçün ayrılmalıdırmı? Amma nə olsun ki… Axı dünya tanıyacaq…
Musavat.com
03 Avqust 2025
08:00
Tramp Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması üçün şərt qoyub? – Reuters iddia edir ki...
02 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ