İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski: Rusiya müharibəni uzatdığı üçün cavabnı alacaq

Ukrayna Prezidenti Vladimir Zelenski Sərhəd Xidmətinin Rusiyanın ərazisində uğurlu uzaqmənzilli əməliyyatlar həyata keçirməyə davam etdiyini bildirib.

Musavat.com xəbər verir ki, Bu barədə o, Sərhəd Xidmətinin rəhbəri Vasili Maliukun hesabatından sonra axşam müraciətində deyib.

“Uzaqmənzilli xüsusi əməliyyatlara görə təşəkkürümü bildirirəm. Bu, onlar üçün ciddi zərbədir və belə fəaliyyətlər davam edəcək. Rusiya müharibəni uzadırsa, ədalətli cavab alacaq”, – Zelenski vurğulayıb.

O əlavə edib ki, ötən həftə Sərhəd Xidməti Ukrayna daxilində də bir sıra əməliyyatlar həyata keçirib. Xüsusilə Hərbi Hava Qüvvələrində rus agenti ifşa olunub, həmçinin Müdafiə Nazirliyinin sabiq məmuru ordu üçün ərzaq alışı zamanı mənfəət əldə etməyə cəhd göstərib.

Prezident bildirib ki, təhlükəsizlik və müdafiəyə cavabdeh olan hər kəs real nəticələr verməlidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR