Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Adana şəhərinin Yüreğir rayonunun Özler məhəlləsində evlilik təklifi məqsədilə havaya qalxan təlim təyyarəsi qəza edib.
Musavat.com xəbər verir ki, məlumata görə, hadisə 1 avqust tarixində, saat 19:20 radələrində baş verib.
Xüsusi bir aviasiya şirkətinə məxsus “Ultra Light” sinifinə aid təlim təyyarəsi həyətyanı sahələrdən birinə düşüb. Təyyarədə pilot Burak Yürekli (39 yaş) və sərnişin Şeyda Doğan olub. Hər iki şəxs qəza nəticəsində ağır yaralanaraq Adana Şəhər Tədris və Araşdırma Xəstəxanasına yerləşdirilib. Yaralıların vəziyyətinin kritik olduğu bildirilir.
Hadisənin təfərrüatları isə sosial mediada yayılmış görüntülərlə ortaya çıxıb. Belə ki, evlilik təklifi məqsədilə havaya qalxan təyyarədə olan Şeyda Doğan, yerə eniş zamanı sevgilisinin telsizlə etdiyi təklifə “Bəli” cavabı verib. Lakin bu romantik an dərhal faciə ilə nəticələnib və təyyarə eniş zamanı nəzarətdən çıxaraq bağa çırpılıb. Qəza anı mobil telefon kamerası ilə qeydə alınıb.
Jandarma hadisə ilə bağlı araşdırma aparır. Təyyarənin texniki nasazlıq səbəbindən qəzaya uğradığı ehtimal olunur.
04 Avqust 2025
03 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ