Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp BMT Təhlükəsizlik Şurası vasitəsilə Rusiyaya sülh çağırışı edib və Ukrayna müharibəsinin avqustun 8-dək dayandırılmasını tələb edib. Bu barədə Reuters agentliyi məlumat yayıb.
Musavat.com xəbər verir ki, ABŞ-ın yüksək səviyyəli diplomatı Con Kelli Təhlükəsizlik Şurasının 15 üzvü qarşısında çıxış edərək bildirib ki, Vaşinqton Rusiya və Ukraynanın atəşkəs və davamlı sülh danışıqlarına başlamasını gözləyir.
“Razılaşma vaxtıdır. Prezident Tramp bunun avqustun 8-nə qədər baş verməsini istəyir. ABŞ sülhün bərqərar olması üçün əlavə addımlar atmağa hazırdır”, – deyə amerikalı diplomat vurğulayıb.
Bu bəyanat Rusiya-Ukrayna müharibəsində dönüş nöqtəsi kimi qiymətləndirilir. Ağ Ev yeni administrasiyasının fəal diplomatik rolunu ortaya qoyaraq birbaşa təzyiq diplomatiyasına keçib. Analitiklərə görə, Trampın təyin etdiyi son tarix – 8 avqust, Kremlə son xəbərdarlıq mesajıdır.
Xatırladaq ki, Donald Tramp prezidentliyinin ikinci müddətində müharibəni sürətlə dayandıracağını vəd etmişdi. Onun "sürətli həll" vədi gerçəkləşməsə də, ABŞ prezidenti Rusiyanı dayandırmaq üçün manevr və çalışmalarını israrla davam etdirir.
Musavat.com
01 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ