Onlayn ictimai-siyasi qəzet
Kamçatkada 8,8 ballıq zəlzələdən sonra yaranan sunami Rusiyanın nüvə sualtı qayıqlarının Sakit okean donanmasının bazasına ziyan vurub.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə “The Telegraph” peyk görüntülərini yayıb.
Sunaminin vurduöu Rıbaçi hərbi bazası yarımadanın cənubunda, qapalı Vilyuçinsk şəhərində yerləşir.
The Telegraph-ın Umbra Space-dən peyk görüntülərinə istinadən verdiyi məlumata görə, bazadakı estakadanın hissələrindən biri yer dəyişib. Ehtimallara görə, baza 8,8 bal gücündə təkanların başlamasından təxminən 15 dəqiqə sonra bir neçə metr hündürlüyündə dalğa alıb.
İlkin məlumatlara görə, sualtı qayıqlar zərbə zamanı zədələnmiş estakadada yan almadıqları üçün onlara ziyan dəyməyib. Bazada müasir “Borey” sinifli sualtı qayıqları və sovetdənqalma “Delta” sinifli sualtı qayıqları yerləşir.
Nəşrin dərc edildiyi vaxt Rusiya Müdafiə Nazirliyindən heç bir rəsmi şərh verilməyib.
Musavat.com
02 Avqust 2025
01 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ