İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft 3 dollara yaxın ucuzlaşdı – Bazarı nə həyəcanlandırıb?

Ukrayna ətrafında beynəlxalq gərginliyin artması fonunda dünya neft bazarında qiymətlərin sürətlə azalması diqqəti cəlb edir. Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın bir həftədən sonra Rusiya neftini alanlara sanksiya tətbiq edəcəyinə dair açıqlamasından sonra artmağa başlayan neft qiymətləri bu gün yenidən aşağı hərəkət edir.

Londonun ICE birjasında son hərraclarda 3 dollara yaxın dəyər itirən Brent etalon markasının qiyməti 69,5 dollar civarındadır. Nyu-Yorkun NYMEX əmtəə birjasında ticarət olunan ABŞ-ın WTI neftinin qiymət 2 dollara yaxın  azalmaqla 67,3 dollara düşüb.

Rusiya neftinin böyük ölçüdə bazardan çıxacağı perspektivi fonunda OPEK+un 8 üzvünün sentyabrda gündəlik hasilatı 548 min barel artırmaq qərarı bazara daha çox təsir edib. Bundan əlavə, Trampın Kanada, Hindistan və Tayvan da daxil olmaqla müxtəlif ticarət tərəfdaşları üçün 10 faizdən 41 faizə qədər rüsumlar müəyyən edən sərəncam imzalaması xəbəri də neft qiymətləri üçün mənfi amil olub.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Avqust 2025

02 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR