İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş baş nazir sosial şəbəkədəki paylaşımına görə mühakimə olunacaq

Malinin keçmiş baş naziri Mussa Maraya hökuməti tənqid edən sosial şəbəkə paylaşımına görə ittiham irəli sürülüb.

Məlumata görə, siyasətçi ölkəni idarə edən hərbi rejimi demokratik məkanı daraltdığına görə tənqid edib.

“Prokuror onu dövlətə etimadı sarsıtmaq və yalan məlumat yaymaq kimi cinayətlərdə ittiham edib”, - sabiq baş nazirin vəkili Mountaqa Tall bildirib.

Mara iyulun 4-dən etibarən sosial şəbəkədəki paylaşımına görə ötən ay bir neçə dəfə dindirilməyə çağırılıb.

Qeyd edək ki, Maraya qarşı iş Malidə təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsi fonunda baş verir./Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR