Onlayn ictimai-siyasi qəzet
"Washington Post" nəşri İsrailin aviazərbələrindən sonra Qəzza zolağında yaranan dağıntıların görüntülərini yayımlayıb.
Musavat.com xəbər verir ki, qəzetin yazdığına görə, bölgə sakinləri çadırlarda yaşamağa məcbur qalıblar və hər boş sahədə müvəqqəti sığınacaqlar qurulur.
“Görüntülər Qəzzanın böyük hissəsinin tamamilə məhv edildiyini göstərir. Diqqətlə baxsanız, yüz minlərlə insan müvəqqəti çadırlarda yaşayır. Hər bir boş yerə sığınacaq qurulur”, – deyə nəşr qeyd edir.
Qəzetin məlumatına görə, İordaniya Kral Hərbi Hava Qüvvələrinin pilotlarından biri Qəzzanı havadan görəndə yaşadığı şokdan danışıb:
“Bunu görən hər kəs sarsılar. Ümid edirik ki, bu müharibə tezliklə bitəcək. İnsanlara daha çox ərzaq çatdırmaq lazımdır, çünki onlar orada acından ölürlər”, – deyə qəzet pilotun sözləri sitat gətirilib.
Musavat.com
03 Avqust 2025
02 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ