İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK QADAĞA: Braziliyalı azarkeşlərin ABŞ-a girişi QADAĞAN OLUNUR

ABŞ prezidenti Donald Trampın 2026-cı il futbol üzrə dünya çempionatı zamanı Braziliya vətəndaşlarının ölkəyə girişini qadağan edə biləcəyi iddia olunur.

Musavat.com xəbər verir ki, bu barədə CNN Brasil məlumat yayıb.

Məlumatda bildirilir ki, ABŞ administrasiyası Cənubi Amerika ölkələrinə, xüsusən də Braziliyaya qarşı viza məhdudiyyətlərini sərtləşdirməyi nəzərdən keçirir. Hətta bu addımın dünya çempionatının keçirildiyi dövrə təsadüf edə biləcəyi bildirilir. Məqsəd isə Braziliya hökumətinə ictimai rəy vasitəsilə təzyiq göstərməkdir.

Artıq məhdudiyyətlərin ilkin əlamətləri müşahidə olunub. Belə ki, bir neçə Braziliya senatorunun Vaşinqtona səfəri zamanı onlara verilən vizaların müddəti nəzərəçarpacaq dərəcədə qısaldılıb.

Qeyd edək ki, 2026-cı il futbol üzrə dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirdə ilk dəfə olaraq 48 milli komanda iştirak edəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Avqust 2025

02 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR