Onlayn ictimai-siyasi qəzet
Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Duqlas Kelloqun qızı Rusiyanın keçmiş prezidenti D. Medvedevi təhqir edib.
Musavat.com xəbər verir ki, Meaggan Moobs sosial şəbəkədə paylaşdığı açıqlamasında hazırda Rusiya Təhlükəsizlik Şurasının sədr müavini postunu tutan Dmitri Medvedevə sərt ifadələrlə hücum edib.
O, Medvedev üçün “Vladimir Putinin onlayn tulasıdır” ifadəsini işlədib.
Bəyanatın konteksti Rusiya rəsmilərinin, o cümlədən Medvedevin sosial şəbəkələrdə tez-tez ABŞ və Ukrayna əleyhinə radikal ritorika ilə çıxış etməsi ilə bağlıdır. Xüsusilə son aylarda Medvedevin ABŞ-ı nüvə müharibəsi ilə təhdid etməsi, Avropanı “legitim hədəf” adlandırması Qərb dairələrində sərt reaksiyaya səbəb olmuşdu.
Moobsun bu fikirləri ABŞ ictimaiyyətində rezonans doğurub və Rusiya mediasında da gündəm mövzusu kimi müzakirə olunub. Bildirilir ki, bu tip ifadələr Vaşinqtonda Tramp komandasının Moskva ilə münasibətlərə daha sərt yanaşacağını göstərən əlamətlərdən biridir.
Qeyd edək ki, Meaggan Moobs özü də təhlükəsizlik sahəsində fəaliyyət göstərən ekspert və politoloq kimi tanınır. Onun bu ifadəsi Rusiyanın siyasi simalarına qarşı Qərbdə formalaşan neqativ rəyin daha bir göstəricisi kimi qiymətləndirilir.
Musavat.com
04 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ