Onlayn ictimai-siyasi qəzet
Alimlər Xəzər dənizinin İtil çayı deltası yaxınlığındakı dayazlaşmanın yeni səbəbini aşkarlayıblar.
Musavat.com xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Okeanologiya İnstitutunun alimləri Həştərxan Təbiət Qoruğu ilə birlikdə İtil çayının (indiki Volqa) deltasında və Xəzər dənizinin şimal hissəsində dayazlaşmanın səbəblərini araşdırmaq məqsədilə ekspedisiya həyata keçiriblər.
Ekspedisiya zamanı su nümunələri deltada, Qandurinski kanalında və Xəzər dənizinin 50 km-dək ərazilərində götürülüb. 2021-ci ildən sonra ilk dəfə olaraq Malıy Jemçujnı adasının yaxınlığında şirin və dəniz suyunun qarışdığı zona müşahidə olunub ki, bu da zəif yaz axını ilə bağlıdır.
"Sentinel-2" peyklərinin məlumatları sayəsində qarışma zonalarının dəqiq xəritəsi tərtib edilib. Alimlərin sözlərinə görə, əldə olunan nəticələr dayazlaşmanın qarşısını almaq üçün effektiv üsulların hazırlanmasına və Xəzər dənizinin şimal hissəsində mühafizə olunan dəniz ərazilərinin yaradılmasına zəmin yaradacaq.
Musavat.com
03 Avqust 2025
02 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ