İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir həftədə264 nəfər istidən öldü – Hökumət fövqəladə vəziyyət elan etdi

Portuqaliya Səhiyyə Baş İdarəsi (DGS) son bir həftədə ölkədə baş verən güclü istilərin 264 nəfərin həyatına son qoyduğunu açıqlayıb.

Musavat.com xəbər verir ki, qurumun verdiyi məlumata əsasən, ölənlərin əksəriyyəti xroniki xəstəlikləri olan və 75 yaşdan yuxarı şəxslərdir. Ölüm hallarının çoxu ölkənin şimal bölgələrində qeydə alınıb.

DGS-nin hesabatında qeyd olunur ki, ekstremal temperatur şəraiti nəticəsində bu dövrdə gözlənilən ölüm hallarından 21,2% daha artıq insan vəfat edib.

Portuqaliya hökuməti 3–7 avqust tarixlərində ölkə üzrə yeni istilər dalğasının gözlənilməsi səbəbilə "alarm vəziyyəti" elan edib. Daxili İşlər naziri Maria Lusia Amaralın sözlərinə görə, bu qərar davam edən yüksək temperatur, aşağı rütubət və yanğın risklərinin artması səbəbindən verilib. "Gələn həftə çətin keçəcək," – deyə nazir bildirib.

Təhlükəsizlik tədbirləri: girişlər qadağandır, icazələr ləğv edilib

Nazir Amaral əlavə edib ki, meşəlik ərazilərə girişlər, bu sahələrdə tonqal qalamaq, kənd təsərrüfatı texnikasından istifadə və pirotexniki vasitələrdən istifadə qəti şəkildə qadağan olunub. Eyni zamanda, yanğınla mübarizə üzrə aidiyyəti qurumlarda əməkdaşların məzuniyyətləri də ləğv edilib.

Portuqaliya Dəniz və Atmosfer İnstitutu isə yaxın günlərdə havanın 40 dərəcədən çox olacağını açıqlayıb. Artıq ölkənin mərkəz və şimal bölgələrində son bir həftədə 3 böyük yanğın qeydə alınıb, 1300 yanğınsöndürən, 13 təyyarə və 100-dən çox texnika alovlara müdaxilə edib.

İstilik dalğası İspaniyanı da bürüyür

Portuqaliyanın qonşusu İspaniyada da 3–7 avqust tarixlərində Andalusiya, Kastilya və Leon, Kastilya-La-Mança, Ekstremadura, Qalisiya və Madrid kimi 6 bölgədə 40°C-dən artıq temperatur gözlənilir. Bu səbəbdən müvafiq bölgələrdə də “sarı” və “narıncı” xəbərdarlıqlar qüvvəyə minib.

Avropa Meşə Yanğınları Məlumat Sistemi və İspaniya Ekoloji Keçid Nazirliyinin verdiyi statistikaya əsasən, 2025-ci ildə ölkədə 43 min hektardan çox meşə sahəsi yanıb. Yalnız iyul ayında baş verən yanğınlarda 26 min 300 hektar ərazi külə dönüb. Hazırda Ourense vilayətinin Vilaverdos bölgəsində 400 hektarlıq meşə yanğını davam edir və ətrafdakı iki kənd boşaldılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Avqust 2025

02 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR