İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp 10 gün vaxt vermişdi, Putin bir gün də gözləmədi - Ukrayna şəhərləri yenidən bombalanacaq

Məlum olduğu kimi Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın “müharibəni dayandır” təklifinə ona verilən 10 günün bitimini gözləmədən “yox” deyib.

Musavat.com bildirir ki, politoloq Elxan Şahinoğlu Putinin Trampın “müharibəni dayandır” çağırışına qəti şəkildə “yox” deməsini təsadüfi addım saymır.

elxansahinoglu-677x403.jpg (32 KB)

Politoloqun sözlərinə görə, bu qərar Kremlin Ukraynada savaşın taleyi ilə bağlı dəyişməz mövqeyini bir daha göstərdi:

"Trampa işarə edərək “şişirdilmiş gözləntilər özünü doğrultmadı” – deyən Kreml sahibinin məntiqi sadədir. Birincisi, Rusiyanın bütün cəbhə boyu hücumu genişləndirdiyi mərhələdə Ukaryan ilə atəşkəs mümkün deyil. İkicisi, ABŞ-ın yeni sanksiyaları Kremli narahat etmir. Elə Trampın özü də son açıqlamalarının birində Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyinin anonsunu versə də, bunun işləyəcəyinə şübhə ilə yanaşdığını bildirib. Ağ Ev sahibinin bu açıqlaması Putinin “sanksiyalardan qorxmuram” arqumentini gücləndirib".

Politoloq hesab edir ki, bu vəziyyətin davamı olaraq Rusiya Ukrayna ərazilərinə hücumlarını artıracaq. Xüsusilə Kiyev və digər iri şəhərlərin bombalanması nəticəsində mülki itkilərin artacağı istisna edilmir:

"Bu o deməkdir ki, müharibə davam edəcək, paytaxt Kiyev olmaqla Ukrayna şəhərləri əvvəlkitək bombalanacaq, mülki insanlar ölməkdə davam edəcəklər. Putin cəbhə bölgəsində say üstünlüyündən istifadə etməyə çalışır. Digər tərəfdən Rusiya dron istehsalında geriləməni ortadan qaldırıb. Buna baxmayaraq, Putinin işğal ərazisini genişləndirmək siyasəti Rusiyaya baha başa gəlir. Rusiya hər ay minlərlə hərbçisini itirir, müharibə ölkə büdcəsinə ağır yükə çevrilib, bunu iqtisadi sferaya rəhbərlik edənlər də etiraf etməyə başlayıb. Ancaq nə qədər ki, Putin hakimiyyətdədir, o Ukraynanı parçalamaq planından vaz keçməyəcək".

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR