Onlayn ictimai-siyasi qəzet
Yermakdan Medvedevə istehzalı reaksiya: “Görünür, hələ də arağın yaxşılığa aparmayacağına inanmır”
Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin ABŞ-a yönəlik nüvə təhdidinə və ABŞ Prezidenti Donald Trampın verdiyi cavaba istehzalı münasibət bildirib.
Musavat.com xəbər verir ki, Yermak sosial şəbəkə paylaşımında Medvedevin ritorikasını bu sözlərlə şərh edib: “Görünür, Medvedev hələ də arağın yaxşılığa aparmayacağına inanmır”.
Andrey Yermak
Xatırladaq ki, Dmitri Medvedev daha əvvəl Trampa yönəlik açıqlamasında “ölü əl” adlandırılan nüvə cavab sistemi ilə bağlı eyham vurmuş, Tramp isə buna cavab olaraq ABŞ-ın iki atom sualtı qayığını “müvafiq bölgələrə” yerləşdirdiyini bəyan etmişdi.
Tramp Medvedevin sözlərini “axmaq və təxribat xarakterli” adlandıraraq, bu cür bəyanatların gözlənilməz nəticələrə səbəb ola biləcəyini vurğulamışdı.
Musavat.com
02 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ