Onlayn ictimai-siyasi qəzet
Modi hindliləri yalnız yerli mal almağa çağırdı
Hindistan bugünkü çağırışlar fonunda öz iqtisadi potensialına arxalanmalıdır.
Musavat.com xəbər verir ki, bunu Hindistanın baş naziri Narendra Modi deyib. Onun Varanasidə keçirilən mitinqdəki çıxışını “Hindustan Times” yayıb: "Ətrafda qlobal qeyri-sabitlik ab-havası var. Bütün ölkələr öz maraqları üzərində cəmlənib. Hindistan dünyanın üçüncü ən böyük iqtisadiyyatına çevriləcək və buna görə də Hindistan öz iqtisadi maraqlarına gəldikdə ayıq olmalıdır".
Modi biznes və vətəndaşları yerli istehsalı dəstəkləməyə çağırıb: "Biz yalnız hindlilərin istehsal etdiyi şeyləri alacağıq. Yerli istehsalı dəstəkləməliyik". O əlavə edib ki, kommersiya sektoru xüsusilə çətin beynəlxalq mühit fonunda Hindistanda istehsala üstünlük verməlidir.
Nəşr qeyd edir ki, Modi əvvəllər Hindistan iqtisadiyyatının vəziyyətini mənfi qiymətləndirən ABŞ prezidenti Donald Trampın adını çəkməyib.
Bundan əlavə, Modi Pakistanı da hədələyib. Bildirib ki, Pakistan ərazisindən hər hansı terrorçunun Hindistanda terror törətməsinə cavab veriləcək.
Musavat.com
03 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ