Onlayn ictimai-siyasi qəzet
Rusiya 2014-cü ildə dağıdılmış Donetsk hava limanının yenidən qurmağa başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə “Military Journal” Telegram kanalı peyk görüntülərinin təhlilinə əsasən məlumat yayıb.
Bildirilir ki, hava limanının uçuş-enmə zolaqlarındakı səngərlər doldurulub. Bu isə obyektin fəaliyyətinin bərpası ilə bağlı planların ola biləcəyindən xəbər verir.
Bundan əlavə, yaxınlıqdakı avtodayanacaq ərazisində də tikinti işləri görülür. Məlumata görə, orada ehtimal ki, yanacaq çənlərinin quraşdırılması nəzərdə tutulur.
Digər ehtimala əsasən, Rusiya bu hava limanından pilotsuz uçuş aparatlarının buraxılması üçün istifadə etməyi planlaşdırır.
Musavat.com
04 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ