Onlayn ictimai-siyasi qəzet
Türkiyəli məşhur aktyor İsmail Hacıoğlu 2020-ci ildə boşandığı Duygu Kumarki ilə yenidən evlənib.
Bu barədə cütlük instaqram hesabında paylaşım edib.
Onlar İstanbulun Çengelköy rayonunda yaxtada yaxınlarının iştirakı ilə toy mərasimi keçiriblər.
Qeyd edək ki, İ.Hacıoğlunun ilk evliliyi aktrisa Vildan Ataseverlə 2010-cu ildə olub, 5 il sonra boşanıb. Daha sonra o, Duygu Kaya Kumarki ilə ailə həyatı qurub. Lakin onunla da 4 il evli qalıb. Onun bir müddət aktrisa Aslıhan Gürbüzlə də münasibəti olub, evlənəcəkləri gözlənilsə də, ayrılıblar. Bundan sonra 39 yaşlı aktyor yenidən Duygu Kumarki ilə barışıb və ötən gün evləniblər. Onların Yemin adlı qızı var. (Qafqazinfo)
02 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ