İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın əsas logistika mərkəzi təhlükədə – Rusiya hücumlarını gücləndirdi

Rusiya Silahlı Qüvvələri Ukrayna Ordusunun maddi-texniki təchizatını kəsmək məqsədilə Donbasdakı Pokrovski mühasirəyə almağa çalışır.

Musavat.com xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.

Bildirilir ki, Rusiya qoşunları Pokrovsk şəhərində, Ukrayna Silahlı Qüvvələrinin əsas logistika mərkəzlərindən birində hücumlarını intensivləşdirib.

Kəşfiyyat məlumatlarına görə, Rusiya hərbçiləri şəhərin şimal-şərq istiqamətində irəliləyib, H-32 magistral yoluna, xüsusilə də Rodinskoye istiqamətinə doğru hücum ediblər. Bundan əlavə, Pokrovskun cənubundakı Mirolyubovka ərazisində də irəliləyiş qeydə alınıb.

Qeyd olunur ki, Pokrovsk bu ilin fevralında Avdiivkanın süqutundan sonra Rusiya üçün strateji cəhətdən prioritet hədəfə çevrilib.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR