İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan Qazaxıstan və Özbəkistana qaz çatdıran kəmər partladıldı

Avqustun 2-də Ukrayna kəşfiyyat qüvvələri Rusiyanın Volqoqrad vilayətində ən böyük qaz kəmərlərindən biri olan “Mərkəzi Asiya-Mərkəz” kəmərini sıradan çıxarıb.

Musavat.com xəbər verir ki, məlumatı kəşfiyyat mənbələrinə istinadən Unian yayıb. Bildirilir ki,  magistral qaz kəmərinin bir hissəsində gurultu barədə xəbərlərdən sonra Rusiya fövqəladə hallar xidmətləri hadisə yerinə gedib.

Mənbənin sözlərinə görə, bu kəmər Rusiya hərbi sənaye kompleksinin Demixovski Maşınqayırma Zavodu, Rusiya Aviasiya Korporasiyası MiQ (1 saylı İstehsalat Kompleksi), Magnum-K patron istehsalı zavodu və digər obyektləri enerji ilə təmin edir.

Bildirilir ki, Volqoqrad vilayətində Mərkəzi Asiya-Mərkəz magistral qaz kəməri ilə qaz nəqli qeyri-müəyyən müddətə dayandırılıb.

Qeyd edək ki, Mərkəzi Asiya-Mərkəz qaz kəməri əvvəllər Özbəkistan və Türkmənistandan Rusiya vasitəsilə SSRİ-nin digər respublikalarına qaz çatdırıb. Lakin müstəqillik dövründə uzun müddət boş qalan kəmər 2023-cü ildə əldə olunan razılaşmaya əsasən geriyə - Rusiyadan Özbəkistana və Qazaxıstana qaz vurmağa başlayıb. Hazırda kəmərdə genişlənmə işləri aparılır – Rusiya onunla Çinə də qaz çatdırmaq istəyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR