İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyaya ŞOK ZƏRBƏ - Ən dəhşətli detallar DEŞİFRƏ OLDU - SON DƏQİQƏ

Musavat.com xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinin davam etdiyi 2022-ci ilin fevralından bu günədək Rusiya ordusunun canlı qüvvə itkisi 121 507 nəfərə çatıb. Bu barədə “Mediazona” və BBC-nin Rus xidməti birgə araşdırma yayımlayıb.

Araşdırmaya görə, bu rəqəmlər yalnız açıq mənbələrdən – ictimai nekroloqlardan, sosial şəbəkələrdəki paylaşımlardan və yerli mətbuatdan toplanan məlumatlara əsaslanır. Reallıqda bu sayın daha da yüksək olduğu ehtimal edilir.

Tədqiqatçılar bildirir ki, 2024-cü ilin sonlarından etibarən Rusiya hər gün təxminən 100-dən çox hərbçi itirir. Xüsusilə 2023-cü ilin payızından sonra bu dinamika kəskin artıb. Bu, həm Ukraynanın müqavimətinin davam etməsi, həm də Rusiyanın itki bahasına da olsa, yeni əraziləri ələ keçirməyə çalışma taktikasından qaynaqlanır.

Ən çox itki verən bölgələr

Araşdırmaya əsasən, Rusiyanın ən çox itki verən bölgələri aşağıdakılardır:

• Dağıstan
• Buryatiya
• Krasnodar diyarı
• Sverdlovsk vilayəti
• Çelyabinsk vilayəti.

Bu bölgələr əsasən sosial-iqtisadi baxımdan zəif, maddi səbəblərlə hərbi xidmətə yazılan əhalinin üstünlük təşkil etdiyi ərazilərdir.

Rusiya Müdafiə Nazirliyi hələ də rəsmi itki statistikasını paylaşmaqdan imtina edir. Kremlin nəzarətində olan media isə mövzuya ya toxunmur, ya da onu “uğurlu əməliyyatlar” başlığı ilə ört-basdır etməyə çalışır. Lakin “Mediazona” və BBC-nin araşdırması ölkədə getdikcə daha çox ailənin oğullarını itirməsi, səssizcə dəfn mərasimlərinin artması və ictimai narazılığın yüksəlməsi fonunda aparılıb.

Bu statistika göstərir ki, Kreml rəhbərliyinin apardığı müharibənin real bədəli insan həyatıdır. Rusiya cəmiyyətində isə getdikcə daha çox insan “niyə” və “nə üçün” sualını verməyə başlayır.

Qeyd edək ki, bu, yalnız ölü və itkin düşənlərə aid rəqəmdir. Yaralananlar, şikəst qalanlar, ruhi travma yaşayanlar və mülki itkilər bu rəqəmlərə daxil edilməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR