Onlayn ictimai-siyasi qəzet
“Bu gün Azərbaycan kinosu yaranmasının 125-ci ildönümünü qeyd edir. Amma mən paylaşdıqlarım arasında 1 yerli kinodan kadr yoxdur”.
Musavat.com xəbər verir ki, bu sözləri aktyor Kamran Ağabalayev sosial şəbəkədə yazıb.
O, “əməkdar” adına layiq görülən siyahıda əvvəlcə adının olduğunu, amma daha sonra adının absurd səbəblə siyahıdan çıxarıLdığını bildirib:
“Böyük adlar var, çox şükür onlarla indi də kadr bölüşürük, səhnə bölüşürük, dünyanın bir çox ölkələrində, amma Azərbaycanda yox. Niyə? Niyəsini bilmirəm, maraqlı da deyil. Nə zaman maraqlı olmadı, onu da deyim, nə cür olubsa, necə olubsa “əməkdar” adına layiq görülən siyahıda mənim də adımı salıblar, amma çox absurd cavabla adımı siyahıdan çıxarıblar ki, o axı daha çox xaricdə çəkilir, sanki mən cənubi Koreya vətəndaşıyam .
Ad üçün də heç nə etməmişəm, etmək fikrində də deyiləm, gül kimi anamın qoyduğu ad var, və o adı qorumaqla məşğulam. Kino-kino bayramınız mübarək”.
Könül
Musavat.com
07 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ