Onlayn ictimai-siyasi qəzet
Fransada bərpa olunan enerji mənbələrinə (RES) dövlət subsidiyaları 2026-cı ildə 23 faiz artaraq rekord həddə - 9 milyard avroya çatacaq. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu ölkənin Enerji Tənzimləmə Komissiyası açıqlayıb.
Xərclərin əhəmiyyətli dərəcədə artması ölkədə günəş, külək və bioqaz enerjisindən istifadənin artması ilə bağlıdır. Eyni zamanda Fransa hələ də elektrik enerjisinin əhəmiyyətli bir hissəsini atom elektrik stansiyalarından alır.
Komissiya qeyd edib ki, “təmiz enerji” istehsalının aktiv artımı tullantıların azalmasına gətirib çıxarıb və 2024-cü ildə elektrik enerjisinin rekord ixracına (5 milyard avro) töhfə verib.
Bu arada RES-ə əsaslanan istehsalın əhəmiyyətli artması nüvə enerjisinə dolayı təsir göstərir, çünki Electricite de France SA (atom elektrik stansiyasının operatoru) şəbəkənin həddindən artıq yüklənməsinin qarşısını almaq üçün getdikcə hasilatı daha çox azaltmağa məcbur olur. Günəş və külək enerjisi operatorları da qiymətlərin sıfırdan aşağı düşdüyü çox günəşli və ya küləkli günlərdə hasilatı azaltmaq məcburiyyətində qala bilərlər, baxmayaraq ki, onlar bu azalmalar üçün əsasən kompensasiya alırlar.
Qeyd edək ki, ötən həftə Şotlandiyadakı qolf klubunda dincəlməyə gedən ABŞ prezidenti Donald Tramp Avropa ölkələrini külək elektrik qurğularını məhv etməyə çağırıb. Onun fikrincə, həmin qurğular Avropanın ekologiyasına zərbə vurur.
Musavat.com
02 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ