Onlayn ictimai-siyasi qəzet
Kolumbiyanın sabiq prezidenti Alvaro Uribe 12 il azadlıqdan məhrum edilib.
Musavat.com xəbər verir ki, məhkəmə onu şahidə rüşvət vermək və ədliyyə sistemini aldatmaqda təqsirli bilib.
Lakin hökm ev dustaqlığı ilə əvəz olunub.
Bu barədə TASS agentliyi Karakol radiostansiyasına istinadla məlumat yayıb.
Məhkəmə hakimi Sandra Heredia qərarı oxuyarkən bildirib:
“Alvaro Uribe Velez 144 ay, yəni 12 il müddətinə azadlıqdan məhrum edilir. O, eyni zamanda 2420,5 minimum əmək haqqı məbləğində cərimələnir və 100 ay 20 gün ərzində dövlət vəzifəsi tutmaq hüququndan məhrum olunur”.
Qeyd edək ki, iyulun 28-də keçirilən iclasda Uribe şahidə rüşvət təklif etməklə ədalətə təsir göstərmək cəhdində günahkar bilinmişdi. Uribenin vəkilləri artıq qərardan apellyasiya şikayəti vermək niyyətindədirlər.
Musavat.com
03 Avqust 2025
02 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ