İnsanlara hürriyət, millətlərə istiqlal!

Rumıniya ABŞ-dən yüzlərlə ağıllı bomba alır

Rumıniya ABŞ-dan GBU-39/B idarə olunan yüksək dəqiqlikli bombalar sifariş edib.

Musavat.com xəbər verir ki, məlumatı “defenceromania.ro” saytı məlumat yayıb.

Söhbət 84 milyon avro dəyərində 400 ədəd GBU-39/B idarə olunan bomba paketindən gedir. Bu yüksək dəqiqlikli bombaları ilə Mixail Koqalniçeanu aviabazasında (Konstanta dairəsi) yerləşən F-16 Fighting Falcon qırıcıları təchiz ediləcək. Boeing müqavilənin təsdiqlənməsi üçün ABŞ Konqresinə sorğu göndərib.

Portal qeyd edir ki, bu bombalar F-35 də daxil olmaqla müxtəlif tipli təyyarələr tərəfindən daşına bilər. Müşahidəçilər satın almanın vacibliyini vurğulayırlar, lakin qeyd edirlər ki, 400 bomba şiddətli qarşıdurma zamanı yalnız bir neçə günlük müharibə üçün kifayət edər, ona görə də bu, sövdələşmənin yalnız ilk mərhələsi ola bilər.

Rumıniya bu yaxınlarda 186 ədəd AIM-120 AMRAAM orta mənzilli hava-hava raketi, həmçinin F-16 Fighting Falcon qırıcılarında istifadə olunmaq üçün nəzərdə tutulan 299 ədəd AIM-9X SIDEWINDER qısa mənzilli hava-hava raketi alıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Avqust 2025

02 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR