Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp yerini dəyişdirdiyi iki nüvə sualtı qayığının Rusiyaya “daha yaxın” olduğunu deyib.
Musavat.com xəbər verir ki, o, bu barədə Newsmax-a müsahibəsində danışıb, lakin qayıqların yerini dəqiqləşdirməyib.
Avqustun 1-də Tramp “Truth Social” nəşrində yazıb ki, o, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin bəyanatlarına görə ABŞ-ın iki nüvə sualtı qayığının “müvafiq bölgələrə” köçürülməsi barədə göstəriş verib. Tramp Medvedevin “son dərəcə təxribatçı bəyanatlar verdiyini” deyib.
Newsmax-a müsahibəsində isə bildirib ki, “onlar (sualtı qayıqlar-red.) Rusiyaya daha yaxındırlar. Biz həmişə hazır olmaq istəyirik, ona görə də bölgəyə iki nüvə sualtı qayığı göndərdim. Biz bunu etməli idik. Sadəcə diqqətli olmalıyıq. Mən bunu xalqımızın təhlükəsizlik maraqlarına əsaslanaraq edirəm. Rusiyanın keçmiş prezidenti tərəfindən təhdid var idi". O, ABŞ-ın “insanları qoruyacağını” vurğulayıb.
Musavat.com
03 Avqust 2025
02 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ