İnsanlara hürriyət, millətlərə istiqlal!

“AXCP-dən istefa vermişəm, dövlətlə əməkdaşlıq etmişəm” - Həbs olunan şəxs

Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Qaradağ rayon şöbəsinin sədri olmuş Zaur Əsgərov yenidən məhkəməyə üz tutub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay həbs cəzası alan Z.Əsgərov apellyasiya şikayəti verərək barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Bildirib ki, AXCP-dən də istefa verib. O, dövlət əleyhinə olmadığını, dövlətlə həmişə əmakdaşlıq etdiyini, ailə vəziyyətini nəzərə alaraq cəzasının yüngülləşdirilməsini xahiş edib.

Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

İttihama görə, Zaur Əsgərov və Gündüz Mirzəyev həbs edilməmişdən bir müddət əvvəl sosial şəbəkələrdə Azərbaycanda konstitusiya quruluşunun zorla dəyişdirilməsi, vəzifəli şəxslərin qətlə yetirilməsi, vətəndaş müharibəsi və digər cinayət xarakterli zorakı hərəkətlərə açıq çağırışlar səsləndiriblər. Onlar bu hərəkətləri ilə geniş əhali kütləsini bu kimi fəaliyyətlərə təşviq ediblər.

Dövlət əleyhinə çağırışlar etmiş və hazırda məhkum olunmuş Elşən Kərimov və digər şəxslər sosial şəbəkələrdə "Azərbaycan naminə birlik" platforması, həmçinin AXCP-nin dostluq qrupu yaradıblar. Həmin qruplara adamları topladıqdan sonra çağırışlar etməyə başlayıblar. Orada əxlaqsız ifadələr işlədiblər, cihada çağırışlar ediblər.

Həmçinin vəzifəli şəxslərə itaətsizlik etməyə yönələn çağırışlar yayıblar.

Qeyd edək ki, Zaur Əsgərov və Gündüz Mirzəyev martın 7-də saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsiylə ittiham irəli sürülüb.

Bildirək ki, Binəqədi şöbəsinin üzvü Gündüz Mirzəyev 5 il 7 ay 3 gün müddətinə azadlıqdan məhrum edilib. O, barəsində çıxarılmış hökmdən şikayət verməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Avqust 2025

01 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR