İnsanlara hürriyət, millətlərə istiqlal!

Sanksiyalar onları dayandıra bilmədi

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun ailəsi beynəlxalq sanksiyalardan yayınmaq üçün Avropada mürəkkəb hüquqi və maliyyə sxemlərindən istifadə edir.

Musavat.com xəbər verir ki, bu barədə İtaliyanın müstəqil nəşri “Linkiesta” geniş araşdırma dərc edib.

Jurnalistlər Matviyenko ailəsinin Avropada gizli yollarla necə böyük sərvətlərini saxladığını və onların hələ də aktiv şəkildə istifadə olunduğunu üzə çıxarıblar.

Məlumata görə, Matviyenko ailəsi İtaliyanın Pezaro şəhərində Adriatik dənizinə baxan dəbdəbəli “Villa M” adlı bir malikanəyə sahibdir. Bu villa ilk dəfə 2009-cu ildə Valentina Matviyenkonun adına alınıb. Daha sonra o, “Dominanta” adlı italyan fondunun adına keçirilib.

Sənəddə fondun guya mədəni və ictimai fəaliyyət üçün yaradıldığı göstərilsə də, əslində onun yeganə məqsədi villaya sahiblik etməkdir. 2021-ci ildə Aleksey Navalnının rəhbərlik etdiyi Korrupsiya ilə Mübarizə Fondu (FBK) bu villanı araşdırmış və onun dəyərini təxminən 1 milyard rubl (o dövrün məzənnəsi ilə təqribən 13 milyon avro) qiymətləndirmişdi.

Məlumata əsasən, Valentina Matviyenkonun oğlu Sergey Matviyenko və onun həyat yoldaşı Yuliya hazırda Pezaroda daimi yaşayırlar.

Maraqlıdır ki, Avropa İttifaqının sanksiyaları elan olunmazdan əvvəl Sergey Matviyenko özünün bütün aktivlərini San-Marinoya köçürüb. Bu kiçik Avropa dövləti – zəif qanunvericilik yenilənməsi və qapalı bank sistemi ilə tanınır – Matviyenko ailəsinin kapitalını qorumaq üçün ideal “sığınacaq” rolunu oynayıb.

Jurnalistlər onu da üzə çıxarıblar ki, Sergey Matviyenkonun İtaliyada aktiv ƏDV ödəyicisi statusu var. Bu isə ona real biznes fəaliyyəti olmadan belə yaşayış icazəsi, bank hesabları və yerli xidmətlərə çıxış imkanı verir.

Matviyenko ailəsinin Avropada bu cür manevrlərlə sərvətini qoruma cəhdləri ilə yanaşı, onların keçmişi də bu günə qədər siyasi elitaya necə sirayət etdiyini göstərir. Belə ki, Valentina Matviyenko 1994-cü ildə Maltada səfir işləyərkən oğlu Sergey Rusiyada borc almaq məqsədilə bir tanışını döymək və oğurluq etmək ittihamı ilə saxlanılıb. Yetkinlik yaşına çatmayanlar üçün koloniyaya göndərilən Sergey xarici pasportdan da məhrum edilib. Anası onu kriminal mühitdən uzaqlaşdırmaq üçün xaricə göndərib və Sergey sonradan ailənin xaricdəki aktivlərini idarə etməyə başlayıb.

2013-cü ildə Sergey Matviyenko İtaliyadakı Assizi şəhərində yerləşən Müqəddəs Fransisk evinin bərpası üçün vəsait ianə edib. Bu jest onun İtaliya cəmiyyətində müsbət imic qazanmasına yardımçı olub.

Valentina Matviyenko hazırda Avropa İttifaqı, ABŞ, Kanada və İsveçrə tərəfindən sanksiyalara məruz qalır. Lakin buna baxmayaraq, İtaliya hökuməti bu yaxınlarda ona Cenevrəyə – BMT-nin mənzil-qərargahında keçirilən Parlament Sədrlərinin dünya konfransına qatılmaq üçün rəsmi dövlət təyyarəsi ilə ölkə ərazisindən keçməyə icazə verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR