Onlayn ictimai-siyasi qəzet
Müğənni Üzeyir Mehdizadə dünyanın bir çox yerində konsert versə də, Azərbaycanda bu təklifdən imtina etmə səbəbini açıqlayıb.
Sənətçi "İzzət şou"da bunun səbəbinin təşkilatçılar olduğunu deyib. O bildirib ki, peşəkar iş ortaya qoyan yoxdur:
"Demirəm ki, təşkilatçılar işi bilmir. Sadəcə, mən istədiyim halla rastlaşmamışam. Olanlar məni qane etmir. Həyatımdan tutmuş, işimə qədər hər şeydə həssasam. Çalışıram mahnı sözlərinin yazılışında, aranjimandan öz müdaxiləm olsun. Təşkilatçılarla uyğunlaşmamışıq. Təkilatçı ilə etməsən, gərək özün edəsən. Mən isə təşkilatçılıqla olan konsertlərə gedib gəlirəm. Özümün bununla məşğul olmağa vaxtım yoxdur. Özüm məşğul olsam gərək 5-6 ay heç yana getməyim. Qonorardan əvəvl mən çıxış etdiyim yer, məkan, necə olacağı haqda soruşuram. Qonorar nə qədər desəm razılaşacaqlar. Amma iş tək qonorar deyil. Mən nəsə istəyirəm, onlar "baxarıq" cavabı verirsə, narahat oluram". (Axşam.az)
05 Avqust 2025
02:23 Netanyahunu məhkəməyə verən baş prokuror vəzifədən azad edildi – Ali Məhkəmə qərarı dayandırdı
04 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ