İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistana səfər edən iranlı turistlərin sayı sürətlə artır

İrandan Ermənistana səfər edən turistlərin sayı son illərdə sabit şəkildə artmaqdadır.

Musavat.com xəbər verir ki, Ermənistan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Turizm Komitəsinin sədri Lusine Gevorkyanın verdiyi məlumata görə, 2024-cü ildə ölkəni təxminən 180 min iranlı turist ziyarət edib.

Bu göstərici 2023-cü illə müqayisədə 30 min nəfər çoxdur.

Gevorkyan qeyd edib ki, 2021-ci illə müqayisədə Ermənistana gələn iranlı turistlərin sayı iki dəfə artıb. Onun sözlərinə görə, İran turistləri üçün Ermənistan cazibədar istiqamət olaraq qalmaqdadır və bu artım tendensiyasının davam edəcəyi gözlənilir.

Turizm Komitəsi bu artımı iki ölkə arasında artan iqtisadi-turistik əlaqələrlə, eləcə də Ermənistanın İran vətəndaşları üçün viza rejimini sadələşdirməsi ilə əlaqələndirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR