Onlayn ictimai-siyasi qəzet
Braziliyada gənc jurnalist Klara Neri canlı yayıma hazırlaşarkən dəhşətli anlar yaşayıb.
Musavat.com xəbər verir ki, o, veriliş öncəsi telefonu ilə mesajlaşdığı anda motosikletli oğru tərəfindən hücuma məruz qalıb.
Səkiyə çıxan motosikletçi Klara Nerinin əlindən telefonu almağa çalışsa da, jurnalist hadisəyə soyuqqanlılıqla və cəsarətlə reaksiya verərək telefonun oğrunun əlindən qurtarmağa nail olub.
Hadisə anı təhlükəsizlik kameralarına düşüb. Klara baş verənləri belə izah edib:
"Arxamı dönən zaman bir nəfər motosikletlə səkiyə çıxdı və telefonumu əlimdən almağa çalışdı. O, telefonumu dartırdı, amma mən onu bərk-bərk tutdum, yerə atmadım. Onun səriştəsizliyi sayəsində telefonumu geri ala bildim".
Rio-de-Janeyro Hərbi Polisi hadisə yerinə gələrək ərazidə axtarış aparsa da, şübhəli şəxs hələlik saxlanılmayıb. Lakin təhlükəsizlik kameralarının görüntülərində oğrunun üzü aydın şəkildə görünür və istintaq davam edir.
Musavat.com
02 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ