Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Malatya vilayətində iş müsahibəsinə gedən gənc oğlan ticarət mərkəzinin dayanacağında beş nəfərdən ibarət qrupun hücumuna məruz qalıb.
Musavat.com xəbər verir ki, bıçaq və çubuqlarla döyülən gənc ağır yaralansa da, sağ qalmağı bacarıb.
Hadisə iki gün əvvəl, saat 22:30 radələrində şəhər mərkəzində yerləşən bir ticarət mərkəzinin dayanacağında baş verib. Məlumata görə, Arif adlı gənc iş müsahibəsi üçün görüş yerinə gedərkən, orada beş nəfərlik bir qrup tərəfindən qəfil hücuma məruz qalıb.
Əldə olunan məlumata əsasən, gənc hücum zamanı bıçaq və çubuqlarla döyülüb, bədəninin müxtəlif nahiyələrindən xəsarət alıb. Hücum edənlər hadisə yerindən qaçıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb və ilk tibbi yardımdan sonra evə buraxılıb.
Hadisə ilə bağlı danışan Arif Ərdoğan bildirib:
“İnsan həyatı bu qədər ucuz olmamalıdır. Hadisə yerində həyatımı itirə bilərdim”, – deyə o, yaşadığı dəhşətli anları izah edib.
Hadisə ilə bağlı yalnız bir nəfər saxlanılıb – sonra sərbəst buraxılıb.
Arif Ərdoğanın sözlərinə görə, şikayətdən sonra hücum edən şəxslərdən yalnız biri saxlanılıb, lakin o da prokurorluğun qərarı ilə sərbəst buraxılıb. Gənc hücumda iştirak edən bütün şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edir.
Musavat.com
03 Avqust 2025
02 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ