Onlayn ictimai-siyasi qəzet
Belarus Prezidenti Aleksandr Lukaşenko növbəti açıqlaması ilə beynəlxalq gündəmin diqqətini çəkib.
Musavat.com xəbər verir ki, o, Minsk və Moskvanın birgə mövqeyinin dəyişməz olduğunu bildirib və hər iki paytaxtın öz maraqlarını qorumaqda qətiyyətli olduğunu vurğulayıb.
“Bizə təzyiq göstərmək, bizi diz çökdürmək mümkün deyil. Nə Minsk, nə də Moskva bu cür təhdidlər qarşısında geri çəkilməyəcək,” – deyə Lukaşenko bildirib.
Ukrayna müharibəsinə dair mövcud vəziyyəti də şərh edən Belarus lideri ABŞ prezidenti Donald Trampın mümkün vasitəçiliyinə toxunaraq deyib:
“Əgər Tramp doğrudan da Ukraynada sülh istəyirsə, prosesə həssas yanaşmalıdır. Burada göstəriş verməklə heç nə həll olunmayacaq.”
Lukaşenko danışıqların vacibliyini vurğulayaraq bildirib ki, vəziyyətin normallaşması üçün tərəflər dialoqa oturmalıdır: “Daş atmaq yox, danışıqlar masasına oturmaq lazımdır. Yalnız o zaman tənzimləmə mümkündür”.
Musavat.com
02 Avqust 2025
01 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ