Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putin Ukraynada uzunmüddətli və davamlı sülhün əldə olunmasının vacibliyini vurğulayıb.
Musavat.com TASS-a istinadən xəbər verir ki, o bildirib ki, belə bir sülh heç bir zaman məhdudiyyəti ilə şərtlənməməli və humanitar məsələləri də əhatə etməlidir.
"Humanitar məsələlərə rus dilinin qorunması, Ukraynada Pravoslav və Xristian Kilsəsinin inkişafı üçün müstəqillik və layiqli şəraitin yaradılması daxildir. Bütün bunlar birlikdə müzakirə edilməli və heç bir zaman məhdudiyyəti olmadan uzunmüddətli, davamlı sülhün əsası olmalıdır", – deyə Rusiya lideri jurnalistlərin suallarını cavablandırarkən qeyd edib.
Putin Ukraynada sülhün yalnız hərbi məsələlərlə deyil, mədəni və dini azadlıqlarla da bağlı olduğunu bildirib. Onun fikrincə, bu amillər nəzərə alınmadan dayanıqlı sabitliyə nail olmaq mümkün deyil.
Musavat.com
02 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ