İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada azərbaycanlı aşpaz bədbəxt hadisə nəticəsində ölüb - FOTO, VİDEO

Azərbaycanlı gənc Rusiyada bədbəxt hadisə nəticəsində ölüb.

Oxu.Az xəbər verir ki, Salyan rayon sakini, 24 yaşlı Rəşad İslamov çayda boğulub.

Yaxınlarının sözlərinə görə, R.İslamov əvvəllər Bakıda aşpaz kimi işləyirmiş. Bir müddət əvvəl isə işləmək üçün Rusiyaya yola düşüb.

O da qeyd olunub ki, hazırda ailə imkansızlıq səbəbindən meyiti Bakıya gətirməyə çətinlik çəkir.

Bundan başqa, mərhumun Vətən müharibəsi iştirakçısı olduğu da bildirilir. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR