Onlayn ictimai-siyasi qəzet
Son bir həftədə 298 nəfər, o cümlədən PKK üzvləri saxlanılıb.
Musavat.com xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında və sərhəd bölgələrində terrorçulara qarşı genişmiqyaslı antiterror əməliyyatları keçirir. Bu barədə Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zeki Akyürek məlumat verib.
Onun sözlərinə görə, bölgədə terrorçular tərəfindən inşa edilmiş 517 kilometr uzunluğunda yeraltı tunel sistemləri aşkar edilərək məhv edilib. Əməliyyatlar əsasən PKK və onun törəmə qruplaşmalarına qarşı yönəlib.
Bundan əlavə, ötən həftə ərzində Türkiyə sərhədini qanunsuz keçməyə cəhd edən 298 nəfər saxlanılıb. Onların arasında PKK terror təşkilatının 5 üzvü də olub. Nazirliyin açıqlamasına görə, 2025-ci ilin əvvəlindən bu günədək ümumilikdə 4 250-dən çox qanunsuz keçid cəhdi qeydə alınıb və qarşısı alınıb.
Rəsmi Ankara bu əməliyyatların ölkənin milli təhlükəsizliyini qorumaq və terrorla mübarizəni gücləndirmək məqsədi daşıdığını bəyan edib.
Musavat.com
01 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ