Onlayn ictimai-siyasi qəzet
Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan Rusiya xarici işlər naziri Sergey Lavrovun son məqaləsində səsləndirdiyi fikirlərə münasibət bildirib.
Musavat.com-un xəbərinə görə, Aşotyan qeyd edib ki, Lavrovun "Nikol Paşinyan hələ də baş nazir olduğu üçün xalq onun siyasətini dəstəkləyir" arqumenti doğru deyil.
“Nikol Paşinyan bütün erməni xalqı deyil”,-deyə Aşotyan bildirib.
Sədr müavini Lavrovun ATƏT-in Minsk Qrupunun səmərəsizliyi ilə bağlı dəyərləndirməsini tənqid edərək bunu məsuliyyətdən yayınmaq və Azərbaycanın ritorikasını təkrarlamaq kimi qiymətləndirib.
Aşotyan Rusiyanın həmin qrupun əsas həmsədri olduğunu və 2020-ci ildən sonra Qarabağda sülhün başlıca zəmanətçisinə çevrildiyini xatırladıb. O, Moskvanın "öz müqəddəratını təyin etmə" prinsipini nəzərə almamasını və qovulmuş ermənilərin hüquqları barədə susmasını Rusiya diplomatiyasına inamı sarsıdan amillər kimi göstərib.
Musavat.com
02 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ