Onlayn ictimai-siyasi qəzet
Türkiyənin sevilən aktrisası Demet Özdemir, baş rolunu Çağatay Ulusoyla paylaşdığı “Eşref Rüya” serialının sezon finalından sonra fəaliyyətinə fasilə verərək istirahət rejiminə keçib.
Musavat.com xəbər verir ki, D.Özdemir bu dəfə cəsur jurnal çəkilişindəki pozası ilə sosial mediada böyük maraq doğurub.
Aktrisa məşhur bir jurnal üçün keçirilən fotosessiyada çimərlik mövzusunda çəkilişə qatılıb. “Biz tətildəyik” konseptli fotosessiyada üst paltarını çıxarıb arxaya dönərək kamera qarşısında poza verən Özdemir sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
"Doğduğun Ev Kaderindir", "Adım Farah" və hal-hazırda yayımlanan "Eşref Rüya" kimi populyar layihələrdə uğur qazanan Demet Özdemir, həm aktrisalığı, həm də modellik fəaliyyəti ilə hər zaman diqqət mərkəzində olub.
Musavat.com
03 Avqust 2025
02 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ