İnsanlara hürriyət, millətlərə istiqlal!

"Putin bu gün vacib müraciətlə çıxış edəcək" – Trampın təhdidlərinə cavab verilə bilər

Musavat.com xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bu gün ictimaiyyətə vacib müraciətlə çıxış edəcək. Bu barədə məlumatı “Komsomolskaya Pravda” nəşri Kremlin mətbuat katibi Dmitri Peskova istinadla yayıb.

Peskovun sözlərinə görə, müraciətdə ABŞ prezidenti Donald Trampın son günlərdə Rusiya əleyhinə səsləndirdiyi ultimatum xarakterli bəyanatlara cavabın da yer alması mümkündür.

Xatırladaq ki, Tramp Rusiya-Ukrayna müharibəsinin avqustun 8-dək dayandırılmasını tələb etmiş, əks halda “əlaqəli sanksiyalar” və “təzyiqlər” tətbiq olunacağını bildirmişdi. Kreml isə bu bəyanatlara hələlik rəsmi səviyyədə yalnız “nəzərə alınıb” ifadəsi ilə reaksiya verib.

Putinin bu gün səsləndirəcəyi bəyanatın həm Rusiya daxilində ictimai rəyə, həm də beynəlxalq arenaya yönəldiləcəyi gözlənilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR