Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin “ənənəvi rus mənəvi-əxlaqi dəyərlərini” inkar edən və ya diskreditasiya edən filmlərin və digər audiovizual əsərlərin yayımını qadağan edən yeni qanunu imzalayıb. Sənəd 2026-cı il martın 1-dən etibarən qüvvəyə minəcək.
Rusiya mediasının yaydığı məlumata görə, qanun audiovizual xidmətlərin (onlayn kinoteatrlar) və sosial şəbəkələrin sahiblərinə bu cür məzmunun yayılmasına yol verməməyi məcbur edəcək. Müvafiq platformalar üzərində nəzarət gücləndiriləcək və Rusiya ərazisində yayımlanan kontent yeni senzura meyarlarına uyğun olmalıdır.
Qanunda “ənənəvi dəyərlər”in nələrdən ibarət olduğu konkret açıqlanmasa da, müstəqil ekspertlər və tənqidçilər sənədin ifadə azadlığının daha da məhdudlaşdırılması və mədəni sahədə dövlət nəzarətinin sərtləşdirilməsi məqsədi daşıdığını bildirirlər.
Qeyd edək ki, son illər Rusiya hakimiyyəti “xarici təsirlərə qarşı mübarizə” və “milli kimliyin qorunması” adı altında bir sıra mədəni və informasiya məhdudiyyətləri tətbiq edir. Bu qanun da həmin siyasətin davamı kimi qiymətləndirilir.
Musavat.com
01 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ