İnsanlara hürriyət, millətlərə istiqlal!

Konfrans Liqası: Böyük hesabla qələbə qazanan “Sabah” növbəti mərhələyə keçib 

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Petrokub”a (Moldova) qalib gələn “Sabah” növbəti raunda adlayıb.

“Report” xəbər verir ki, Əlincə stadionunda baş tutan matç Bakı təmsilçisinin 4:1 hesablı qələbəsi ilə bitib.

“Bayquşlar”ın heyətində Coy Lens Mikels (21,28, 44) het-trik edib. Digər qolu isə Pavol Şafranko (45+2) qonaqların qapısından keçirib. Moldova kollektivinin qolu 42-ci dəqiqəyə təsadüf edib. Ev sahiblərinin heyətində Stiv Solvet (42) avtoqol müəllifi olub.

Qeyd edək ki, səfərdə baş tutan ilk oyunda bakılılar 2:0 hesablı qələbəyə sevinmişdi.

Beləliklə, iki görüşün nəticəsinə əsasən “Petrokub”u mübarizədən kənarlaşdıran “Sabah” adını III təsnifat mərhələsinə yazdırıb. Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv pley-off mərhələsinə gedən yolda UEFA Avropa Liqasının II təsnifat mərhələsində baş tutacaq “Levski” (Bolqarıstan) - “Braqa” (Portuqaliya) cütünün məğlubu ilə qarşılaşacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR