İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ordusu Ukrayna təlim poliqonuna raket zərbəsi endirdi: 3 ölü, 18 yaralı

İyulun 29-da Rusiya silahlı qüvvələri Ukrayna ordusunun təlim poliqonuna raket zərbəsi endirib.

Musavat.com xəbər verir ki, Ukrayna Quru Qoşunlarının mətbuat xidmətinin yaydığı məlumata görə, hücum nəticəsində 3 hərbçi həlak olub, 18 nəfər yaralanıb.

Raket zərbəsi Çerniqov vilayətində yerləşən poliqona endirilib. Zərbənin "kaset döyüş başlıqlı İsgəndər" raketi ilə həyata keçirildiyi bildirilir.

Məlumata əsasən, Rusiya tərəfdarlarının idarə etdiyi Z teleqram kanalları hücumdan əvvəl Çerniqov vilayətinin Qonçarovske kəndində yerləşən Ukrayna silahlı qüvvələrinin şəxsi heyətinin hazırlıq mərkəzinə zərbə endirildiyini xəbər verib.

Hadisə beynəlxalq hüquq müstəvisində mübahisəli sayılan kaset bombalarından istifadənin davam etdiyini göstərir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Iyul 2025

30 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR